Ahılların fəal iştirakçılığını təşviq edən növbəti məlumatlandırma tədbiri Lənkəranda keçirilib

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində ahılların fəal iştirakçılığını təşviq edən növbəti məlumatlandırma tədbiri Lənkəranda keçirilib.
Tədbirdə BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Üçüncü Bahar” Təşəbbüs Qrupunun nümayəndələri, yaşı 65-dən yuxarı olan şəxslər, o cümlədən ahıl vətəndaşlar iştirak edib. Yaşlı şəxslərin asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətin həyatında fəal iştirakına dəstək göstərilməsi istiqamətində müzakirələr aparılıb.



Xəbərlər  Tarix:   12 Dek 2019 / 00:22


« Əvvəlki xəbər (4369 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR