Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib

Dekabrın 13-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Astara şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Astara, Masallı və Cəlilabad rayonlarının sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, kənd təsərrüfatı sahəsində uçot məsələləri, vergi nəzarəti tədbirlərinin nəticələri, e-qaimə-fakturaların tətbiqi, onlayn kassa aparatlarının quraşdırılması, ƏDV deposit hesabı, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.



Xəbərlər  Tarix:   13 Dek 2019 / 23:42


« Əvvəlki xəbər (4360 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR