“Happy" MARKETDƏ İKİLİ QİYMƏT FIRILDAĞI

İnsanlar mağazalardan alış-veriş edərkən müxtəlif problemlərlə üzləşir. Kassada ödəniş edən zaman qəbzdəki qiymətlərlə piştaxtadakı qiymətlərin üst-üstə düşməməsi ən çox rast gəlinən problemlərdəndir.
Bu günlərdə eyni hadisənin şəxsən şahidi oldum. Belə ki, Bakı şəhəri, Mehdi Mehdizadə küçəsində yerləşən “Happy" adlanan marketdə 05.11.2019 cu il tarixində saat 09:56 radələrində alış-veriş edərkən piştaxtada 0.45 qəpiyə olan kökəni kassada hesablayarkən 0.70 qəpik olduğunu bildirdilər. Malların üzərində olan qiymətlərlə kassa qiyməti üst-üstə düşmür. Bu da alıcını mədəni surətdə aldatmaq deməkdir. Göz başqa qiymət görür, cibdən başqa məbləğ çıxılır. Bu haqda özünü mağazanın müdriyyəti kimi göstərən 25-26 yaşlı şəxsə məlumat verdim və məsələni medyada gündəmə gətirəcəyimi bildirdim.
Həmin gənc sanki mən günahkarammış kimi reaksiya göstərib, "get, əlindən gələni elə" dedi. Atalarımızın yaxşı bir sözü var "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" . Həmin gənc, elə düşünürdü ki, bu sözündən sonra heç bir şey etməyəcəm. İlk növbədə mənim istehlakçı kimi öz hüquqlarım var. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 19.2.12. müddəası belədir : " Dövlət və aidiyyatı orqanlar satıcılar tərəfindən çəkidə,qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür" .
Digər tərəfdən isə jurnalist olaraq insanların hüquqlarını pozan bu və digər məsələləri gündəmə gətirmək, aradan qalxması üçün müəyyən tədbirlər görülməyinə yol açmaq mənim əsas vəzifələrim çərçivəsindədir. Müştərilərin cibinə girərək aldıqları bu pullar kimin cibinə gedir ? Əgər yanlışlıqla olursa niyə kassada qiymət azalmır amma artır? Tərcümədə mənası ‘Xöşbəxtlik’ olan market heçdə xöşbəxtlik gətirmir. Bu məsələylə bağlı adiyyatı qurumların görəcəyi tədbirləri bizdə ugurmedia.az olaraq işıqlandıracağıq.
Təsisçi baş redaktor Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   19 Dek 2019 / 14:04


« Əvvəlki xəbər (2022 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR