"Avrasiya-kredit MMC" ilə bağlı vətəndaşın kredit problemi

Hər sahədə saxtakarlıq olduğu kimi artıq bank sahəsindədə buna rast gəlirik. Əslində kredit hər insana asanlıqla verilmir. Buna dəfələrlə şahid olmuşuq. İlk növbədə kredit almaq üçün banka yaxınlaşmalı, onun qoyduğu tələblərə uyğun olmalısan. Daha sonra sənədləşmə aparılıb, həmin şəxsin adına kredit ayrılmalıdır. Lakin vətəndaş 1933 cü il təvəllüdlü Allahverdiyev Pənah Xudaverdi oğlu Avrasiya Kreditin Füzuli filialına müraciət etmədən adına pul krediti ayrıldığının şahidi olub. Özünün məlumatı olmadan heç bir sənədə imza atmadan 1561 manat kredit sahibi olub. Kredit 07.09.2015 tarixində götürülsədə vətəndaşın bundan bir neçə il sonra xəbəri olub. Pənah müəllim Avrasiya Kreditin Füzuli filialindan kreditin ödənilməsi ilə bağlı narahat edilib. Əvəzində vətəndaş bunu təkzib edib, kredit götürmədiyini bildirdikcə bu narahatçılıqlar davam edib və nəticədə səhhəti pisləşərək xəstəxanaya yatırılıb . Problemin işıqlandırılması və həll yolunu tapması üçün vətəndaşın oğlu uğurmedia.az müraciət edib. Biz də media olaraq adiyyatı qurumların bu məsələni araşdırıb həll yolunu tapacağına inanırıq. Avrasiya-MMC nin bu hakda açıqlamalarını öyrənib ictimailəşdirəcəyik.
Təsisçi baş redaktor Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   20 Dek 2019 / 13:26


« Əvvəlki xəbər (2020 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR