Azərbaycan yelkənçiləri ilk dəfə beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar

Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb. İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.
Yarış İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına, Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, bu Azərbaycan idmanı tarixində ilk belə haldır.



Xəbərlər  Tarix:   10 Yan 2020 / 00:01


« Əvvəlki xəbər (4295 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR