Kənd Təsərrüfatı Nazirliyi 435 vakant vəzifə üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Ссылка
Ссылка
Tarix: 14 Yanvar 2020
Paylaşmaq:
AddThis Sharing Buttons



Xəbərlər  Tarix:   15 Yan 2020 / 01:09


« Əvvəlki xəbər (2996 / 6022) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR