Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin yanvar ayının 31-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Heydər Əliyev parkı, 9-cu mkr., Z.Hacıyev küçəsi, 92) Sumqayıt şəhərindən, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayon Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti, 37 ) Xızı rayonundan olan vətəndaşları qəbul edəcək.
2020-ci ilin yanvar ayının 23-də saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Abşeron rayon Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Heydər Əliyev parkı) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra
№-si
Şəhər (rayon)
Əlaqələndirici
şəxs
Əlaqə
telefonu
1
Sumqayıt şəhəri
Mehman Şükürov
050-319-18-25
018-654-46-51
2
Qubadlı rayonu
İlham Əhmədov
055-359-39-39
018-654-46-51
3
Şuşa rayonu
Zahid Abbasov
050-221-30-09
012-514-09-05
4
Xızı rayonu
Möhsün Bağırov
050-349-41-89
023-315-03-45
5
Abşeron rayonu
İlham Manafov
051-699-00-37
012-342-11-32
6
Zəngilan rayonu
Mehman Nəsirov
055-440-55-64
012-341-40-21



Xəbərlər  Tarix:   17 Yan 2020 / 23:05


« Əvvəlki xəbər (4249 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR