Happy marketdə çörəyə verilən dəyər...

Duz çörək Azərbaycan xalqı üçün ən dəyərli nemətlərdən biridir. Beləki and belə içdiyimiz zaman çörəyə and içirik. Çörək həqiqətən nemətdir ve bu nemətin dəyərini yetərincə bilməyənlər var. Happy market kimi. Artiq neçənci məqalədir ki, bu marketin qanunsuzluqlari haqda sizlərə çatdiriram. Demək marketin önünde çörəyin açıq vəziyyətdə hətta yağışın altında qoyduqlarının şahidi olduq. Düşündük ki boyat köhnəlmiş çörəklərdi lakin toxunub baxdiqda bunun bele olmadiğının şahidi olduq. Hətta köhnəlmiş çörək belə olsa orada o vəziyyətdə qoyulması heçdə doğru deyildi. Çörəyin marketin önündə yəni küçədə olmasının sübutu olaraq əlimizdə video lent və foto görüntülər var. Həqiqətən acınacaqlı bir haldır. Kim bilir daha nə qanuna uyğunsuzluqlar baş verir bu marketdə. İrad bildirdiyin zaman isə " Rəhbərlik böyük adamdır kimsə heçnə edə bilməz" deyə cavab alırıq. Happy marketin bu məsələ ilə bağlı rəyi bizə və bütün ictimaiyyətə maraqlıdır. Bu səbəbdən onların açıqlamalarını ugurmedia olaraq sizlərə çatdıracağıq.
Xəbərlər departamentinin sədri Xədicə Fariz qızı



Hüquqi yardım  Tarix:   21 Yan 2020 / 11:32


« Əvvəlki xəbər (4244 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR