“El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verildi.
Əsasən region gənclərini əhatə edəcək yarışmanın əsas məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdən ibarətdir.
Yarışma haqqında geniş məlumat əldə etmək məqsədi ilə “El havası” sosial media hesabı (link) yaradılmışdır. İştirak etmək istəyən hər bir gənc istedad sahibi “El havası” facebook səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla biləcək. Yarışma 3 nominasiya üzrə keçirilir: rəqs; solo ifa; musiqi alətində ifa.
İlk olaraq 2019-cu ilin dekabr ayında Gəncə-Qazax iqtisadi rayonu üzrə start götürən layihə bu dəfə 23-24 yanvar 2020-cu il tarixlərdə seçim turları üçün Şamaxı rayonuna üz tutacaq. Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Zərdab və Şamaxı rayon gəncləri sizi qeyd olunan tarixlərdə seçim turlarında iştirak etmək üçün Şamaxı şəhərində yerləşən İncəsənət Təhsili Mərkəzində gözləyirik. (ünvan: Şamaxı şəhəri, Şirvan küçəsi 20). Odur ki, aktiv olun!
Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm Qala konsert proqramında maraqlı sürprizlər gözləyir.



Xəbərlər  Tarix:   23 Yan 2020 / 21:54


« Əvvəlki xəbər (4213 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR