Uğur medianın AR Səhiyyə nazirliyinə müraciətinin nəticəsi

İnsanlar bir parça çörək qazanmaq üçün hər hansı bir işdə hətta böyük risk daşıyan işlərdə çalışmağa məcburdurlar. Xüsusəndə tikintidə olan işlər belə təhlükəli işlərləndir. İşçilər həyatlarını riskə atırlar ağır işlərdə çalışırlar və kiçik bir yalnışlıqda sağlamlıqlarından olurlar. Üstəlik bəziləri əmək müqaviləsi belə bağlamır. Nəticədə işçi həm sağlamlığından olur həmdə çox çətin maddi problemlər yaşayır. Ötən yazılarımızda Novruzov Eldəniz Qaytaran oğlunun uğurmediaya müraciətini ictimaiyyətə çatdırmışdıq. Eldəniz müəllim çalışdığı tikintidə kəllə-beyin travması almış nəticədə işləmə qabiliyyətini itirmişdir. Bu səbəblə Eldəniz müəllim pensiyaya çıxmaq istəyir. Biz uğurmedia olaraq AR Səhiyyə Nazirliyinə vətəndaşa hüquqi yardım göstərmək üçün məktub ünvanladıq. Nazirlik bizi adiyyatı üzrə 012-595-38-63 nömrəli quruma yönləndirdi. Bu nömrə bizimlə əlaqə saxladı və bildirdi ki Eldəniz bəy xəstəxanada qeydiyyata alınsın. Daha sonra isə bizimlə əlaqə saxlayın. Artıq 10 gündür ki müxtəlif saatlarda 012-595-38-63 nömrəsiylə əlaqə saxlayırıq( Zəngləri qeydə aldığımız saatlar: “ 18.01.2020-12:20 ; 12:50 ; 13:10 ; 21 yanvar-11:00 ; 11;25 (açıb yenidən dəstəyi asdı); 11:26 ; 11:28 ; 14:25). Ya cavab verilmir ya da dəstəyi qaldırıb “ ALO, ALO” deyib sanki bizi eşitmirlərmiş kimi edib dəstəyi asırlar. Bir əgər medianı belə yola verirsə sadə vətəndaşlara nələr edir kim bilir. Həqiqətən Eldəniz bəyin vəziyyəti çox acınacaqlıdır. Nazirlik kommisiya təşkil edib ailə ilə maraqlansa hər şeyi aydın şəkildə görəcəklər. Biz inanırıq ki Səhiyyə Nazirliyi bu vətəndaşa yardım göstərəcək və biz də uğurmedia olaraq bunu ictimaiyyətə çatdıracağıq.
Xəbərlər departamentinin sədri Xədicə Fariz qızı



Hüquqi yardım  Tarix:   27 Yan 2020 / 14:28


« Əvvəlki xəbər (1871 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR