Happy marketin çöldə qalan çörəklə bağlı açıqlaması

Happy marketin "Çörəyə qoyduğu dəyər" məqaləsində qeyd etdiyimiz kimi çörək bağlı qapı önündə, yağış altında , küçədə qalmışdı. Məsələ ilə bağlı uğurmedianın əməkdaşları olan Suzanna Bilal qızı və Xədicə Fariz qızı adı çəkilən marketdə özünü rəhbərlik kimi təqdim edən Murad Mirzəyevlə müsahibə aldılar. Çörəyə verdiyiniz dəyər budurmu ? Sualına onun marketə məxsus olmadığını söyləyərək cavabladılar. Hər qapının önündə olan Happy marketə məxsus deyilki deyə ifadə işlətdildi. Bəs o zaman çörəyin oraya nə zaman qoyulduğunu necə bildilər? Qeyd edim ki, hansı çörək ? Səhər saatlarında qoyulan çörək deyə sual ünvanladılar. Gün kimi aydındır ki o çörəklər məhz Happy marketə məxsus idi. Yəqinki marketin kamera görüntüləri var və bu məsələdə orada əks olunub.
İkili qiymətlə bağlı məsələyə isə aydınlıq gətirərkən bir qədər çətinlik çəkdilər. Beləki kassadakı qiymətin doğru olduğunu, piştaxtadakı qiymətlərin satıcıların səhlənkarlığı ucbatından dəyişdirilmədiyini bildirdilər. Sonrasında isə həmin piştaxtadakı qiymətlə müştərilərin almaq haqqı olduğunu və səhvi ucbatından həmin şöbənin satıcısının əksik qalan məbləğin ödədiyini bildirdilər. Nəyin doğru nəyin yalnış olduğu isə çox aydın şəkildə görünür. Biz adiyyatı orqanlardan xahiş edirik bu məsələ ilə bağlı tədbir görsünlər.
Xəbərlər departamentinin sədri Xədicə Fariz qızı



Öz xəbərlərimiz  Tarix:   29 Yan 2020 / 10:45


« Əvvəlki xəbər (4182 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR