Azərbaycanlı tenor Polşada səhnə alıb

Polşanın Kaliş şəhərində müəllimlər xorunun 10 illik yubiley konserti keçirilib. Konsertə fəxri qonaq kimi Azərbaycanlı tenor Tərlan Şahbazlı da dəvət olunub.
Konsertdə Polşa və bir çox dünya bəstəkarlarının yaradıcılığına müraciət edilib. Həmyerlimiz yerli dildə üç, italyan dilində bir mahnı ifa edib. Şəhər rəhbərliyinin və klassik musiqi həvəskarlarının qatıldığı mərasimdə tenorumuzun çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda Polşada yaşayan Tərlan Şahbazlı, davamlı olaraq ölkəmizlə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, həm də yerli əhəmiyyətli tədbirlərə dəvət alır.



Xəbərlər  Tarix:   6 Fev 2020 / 14:14


« Əvvəlki xəbər (4122 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR