Deyirlər ki, toy olacaq!

Deyirlər ki, toy olacaq!
131
11.02.2020
Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir. Qonaqlar bu əski ənənəmiz barədə onları daim maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya yönəldə biləcəklər.
Tədbir 13 fevral 2020-ci il, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcəkdir.
Giriş sərbəstdir.



Xəbərlər  Tarix:   11 Fev 2020 / 21:59


« Əvvəlki xəbər (4083 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR