“Türkmənistan - Bitərəflik vətəni” mövzusunda foto-sərgi keçiriləcək

13-14 may 2020-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində ölkənin bitərəfliyinin 25 illiyinə həsr olunmuş “Türkmənistan - Bitərəflik vətəni” adlı beynəlxalq foto-sərgi və konfrans keçiriləcək.
Foto-sərgidə dünya ölkələrindən təqdim edilən sülh, barışıq və birliyi əks etdirən fotoşəkillər arasında ən yaxşı əsərlər münsiflər heyəti vasitəsilə seçiləcək və qaliblər mükafatlandırılacaq.
Müsabiqə iştirakçıları şəkilləri elektron poçt vasitəsilə turkmen.embbaku@gmail.com ünvanına və ya elektron daşıyıcı vasitəsilə Türkmənistanın Bakıdakı Səfirliyinə təqdim edə bilərlər. Şəkillərə müəllifin adı, soyadı, ünvanı, telefon nömrəsi, müsabiqəyə təqdim olunan şəkilin çəkildiyi tarixi və yeri göstərən mətn əlavə edilməlidir.
Tədbirlə bağlı ətraflı məlumat almaq istəyənlər Türkmənistanın Bakıdakı Səfirliyinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85/266a. AZ1078.
Əlaqə vasitələri:
Telefon: (+994 12) 596-35-27
Faks: (+994 12) 596-35-27
Web səhifə: Ссылка
E-poçt: turkmen.embbaku@gmail.com



Xəbərlər  Tarix:   11 Fev 2020 / 22:01


« Əvvəlki xəbər (4082 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR