Uşaqlar üçün növbəti rəsm müsabiqəsi - “Yurdumuza bahar gəlir”

Xətai Sənət Mərkəzində uşaqlar üçün növbəti dəfə rəsm müsabiqəsi elan olunub.
Müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq. Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaqla və ya Ссылка linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.
Sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.



Xəbərlər  Tarix:   11 Fev 2020 / 22:16


« Əvvəlki xəbər (4077 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR