İşə düzəltmənin rəhbəri Elnarə xanımın uğurmediaya müsahibəsi

Ötən yazımızda Aynur Məcidovanın işsizlik səbəbi ilə işədüzəltmə şirkətinə müraciət etdiyini və orada 20 AZN alınaraq heç bir işlə təmin olunmadığını yazmışdıq. Məsələ ilə bağlı qarşı tərəfin rəyini almaq üçün uğurmedianın əməkdaşı Suzanna Bilal qızı sözügedən şirkətə yollandılar. Əməkdaşlarımızı işədüzəltmənin rəhbəri olan Elnarə xanım qarşıladı. Aynur xanımın kim olduğunu, müqaviləsi ilə birlikdə ora yaxınlaşmasını tələb etdi. Daha sonra “Bu mənim çekim bu mənim VÖEN im “ deyə əməkdaşlarımıza özünün qanuni şəkildə vergi ödəyicisi olduğunu sübut etməyə çalışaraq oradan getmələrini tələb etdi. Suzanna xanım ona öz işini icra etməli olduğunu və xanımda suallara cavab verməsi gərəkdiyini bildirdi. Xanım isə dərhal telefonları söndürün ixtiyarınız yoxdur səsimi yazmağa dedi. Hətta əməkdaşlarımıza mən başqa yenə zəng etməmiş çıxıb getmələrini israrla təkid etdi. Aynur xanımın ora yaxınlaşmasını dəfələrlə təkrar etdi və polis orqanlarına şikayət edə bilər müqaviləsinin vaxtı bitməyib söylədi. Xanım arası kəsilmədən təhqirlər edir, gör onun belini necə qırıram “ deyə ifadə səsləndirdi. Elnarə xanım çox aqressiv və əsəbi idi.Hətta ürək dərmanı belə qəbul etdi. Maraqlısı odur ki , əgər hər şey qanuna uyğundursa niyə bu qədər əsəb və stress yaşayırdı? Verilən sualları isə cavabsız qoyaraq mən heçnəyi cavablandıran deyiləm deyirdi. Həmin xanım bir neçə dəfə vətəndaş Aynur xanıma “çirkin, gombul” kimi xoşa gəlməz ifadələr səsləndirdi. Hətta ondan şikayət edən başqa bir vətəndaşın, polisin onun başına nə oyunlar açdığını bildirdi. Səbəb isə xanımın qanuni işləməsi imiş. Aynur xanımın ünvanına “sən kimsən nə tulasan başın çıxmır savadsız” deyə təhqiramiz ifadələr səsləndirdi. Hansı qanunda var ki, bir parça çörək pulu qazanmaq üçün, iş tapmaq üçün səndən iş istəyən birinə təhqir edici ifadələr səsləndirəsən? Öz boğazından kəsib gətirib 20 AZN iş tapmaq üçün ödəniş edib, hələ üstəgəl təhqirdə olunur. Buna kim ixtiyar verir ? Elnarə xanımın arxasında kim dayanır? O kimə güvənərək bir vətəndaşı təhqir edib, şərəf və ləyaqətini alçaldır? Üstəgəl hədə qorxu gələrək onun belini gör necə qırıram kimi sözlər işlədir? Aynur xanımın müqaviləsinin möhürünü isə hələ əməkdaşlarımız orda olanda vurdu. İşlə təmin etdiklərinin çox olduğunu bildirdi. Suzanna xanımın “ Sizdən polisə şikayət edən olubmu?” sualına heç vaxt cavabı verildi. Bəs yuxarıda “vurğuladığı “polis onun başına nə oyun açdı.” ifadəsi kim üçün səslənmişdi? Xanım qəti şəkildə heç bir video və foto görüntünün alınmağına icazə vermirdi. Əməkdaşlarımıza and içdirməyə çalışırdıki onun barədə heçnə yazılmayacaq. Xanım yoldaşının “mayor” olduğunu söz arasında da qeyd etdi. Adiyyatı orqanlardan xahiş olunur ki, xanımın yoldaşı “Mayor “ un kimliyi araşdırılsın və məhsuliyyətə cəlb olunsun. Çünki Elnarə xanım yoldaşının vəzifəsindən sui istifadə edərək hərədən 20 manat alaraq vətəndaşlara külli miqdarda ziyan vurur. Bir ay ərzində 3 vətəndaşı işlə təmin etdiyinidə vurğuladı. Niyəsə Elnarə xanım səsinin yazılmadığından əmin olmağa çalışırdı. Buna görə and içdirməyədə dəfələrlə cəhd etdi. Hər şey qanuni idisə niyə bu qədər həyəcan keçirirdi? Maraqlısı odur ki, Elnarə xanım işçiləri Sevinc adlanan xanıma yönləndirir və bu xanım kimdirsə çox səmimi şəkildə adını səsləndirirdi.Hətta danışıq zamanı ona iş təqdim edən Sevinc xanımın onun arxasında durduğunu bildirdi.Əgər Sevinc xanımın adı hallanarsa şikayət edəcəyini o xanımın vəzifəli şəxs olduğunu bizimlə telefon danışığında qeyd etdi.Yaxın zamanda özünün diliylə desək “daydaylıq” edən Sevinc xanımın kimliyi bütün ictimaiyyətə çatdırılacaq. Elnarə xanım Aynur xanımla telefon bağlantısı yaratdı. İşin ona uyğun olmadığını söyləyən Aynur xanımla əlaqə kəsildikdən sonra yenə kobud ifadələr səsləndirdi. Biz şər və böhtan xarakterli heç bir yazı paylaşmırıq. Elnarə xanım bu məsələ ictimailəşərsə, heçdə yaxşı olmayacağını hətda şikayət edəcəyini bildirdi. Hər bir vətəndaşın şikayət etmək hüququ var və biz media olaraq bunu məhdudlaşdıra bilmərik.Adiyyatı orqanlar bu xanımın işinin qanuni və ya qanunsuz olduğunu araşdırıb üzə çıxardıqdan sonra bizdə uğurmedia olaraq ictimaiyyətə çatdıracağıq. Hər 3 şəxsin: Elnarə xanımın onun arxasında duran “daydaylıq” edən Sevinc xanım və vəzifəsindən istifadə etdiyi mayor yoldaşı barədə adiyyatı orqanların gördüyü tədbir ictimaiyyətə çatdırılacaqdır.
Təsisçi baş redaktor Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   12 Fev 2020 / 13:04


« Əvvəlki xəbər (4062 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR