Uğurmedia əməkdaşları Qarabağ qazisi Qoşqar Hacıyevin dəfnində iştirak edib.

Mərhum Yasamal rayon ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.Dəfn mərasimində mərhumun ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar və ictimaiyyət nümayəndələri, eyni zamanda ugurmedianın təsisçi baş redaktoru Tərlan Abbasov, Online internet kanalının rəhbəri Mətanət Akifqızı, reklam departamentinin sədri Suzanna Bilal qızıda iştirak ediblər. Qeyd edək ki, Q.Hacıyev fevralın 9-da müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib.Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.
Allah rəhmət eləsin!
Xəbərlər departamentinin sədri Xədicə Fariz qızı



Öz xəbərlərimiz  Tarix:   13 Fev 2020 / 13:23


« Əvvəlki xəbər (4053 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR