Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavini vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 fevral 2020-ci il tarixində saat 10:00-da İmişli, Beyləqan və Xocavənd rayonlarının vətəndaşlarını İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 yanvar prospekti 2) qəbul edəcək.
28 fevral 2020-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Füzuli rayonunun vətəndaşları ilə Horadiz şəhərində yerləşən Muğam Mərkəzində (ünvan: Horadiz şəhəri, Heydər Əliyev Parkı), nazir müavini Rauf Hacıyev isə Zərdab rayonunun vətəndaşları ilə Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev Parkı) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-45-47, 055-459-60-00, 050-387-42-26) xahiş olunur.



Xəbərlər  Tarix:   17 Fev 2020 / 18:48


« Əvvəlki xəbər (1672 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45