Üzümçülükdə elmi-tədqiqat işlərinin müasirləşdirilməsi müzakirə olunub

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə stansiyasında mövsümi qulluq tədbirləri davam etdirilir. İnstitutun sərəncamında olan ampeloqrafiya bağında yerli sortlardan ibarət kolleksiya sahəsi yaradılır. Mövsümlə əlaqədar olaraq üzüm bağında səmərəli budama və formavermə üsullarından istifadə edilir. Sahədə “kələsər”, “sərilən” və “başcıq” becərilmə üsulu tətbiq edilib.
Yeni mövsümə hazırlıqla bağlı Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, şöbə müdiri Nicat Nəsirli stansiyada olaraq aparılan yenidənqurma işləri ilə tanış olublar. İnstitutun direktoru Vüqar Səlimov məlumat verib ki, “kələsər” üsulu üzümlüklərdə heç bir dayaq olmur, tənəklərin aşağı hissəsində yerdən 40-60 sm hündürlükdə tənəyin gövdəsi və bu gövdənin başında kötüklər (başcıq) əmələ gətirilir. Kötüklərin üzərində 3-4 gözcükdən ibarət qısa-qısa zoğlar saxlanılır. Tənəklərin kötükləri və üzərindəki buynuzaoxşar çiliklər camış kəlləsinə bənzədiyi üçün bu formaya “kələsər” deyirlər.
Azərbaycanda qədim dövrlərdən bəri paya və qamışlara bağlanan alçaqboylu tənək forması yayıldığı kimi, heç bir dayağı olmayan, torpağın yaxud qumun üzərinə uzadılmış halda becərilən tənəklər – “sərilən forma” da geniş yayılıb. Bu üsul Abşeron üzümlüklərində üstünlük təşkil edir. Bu üsul yerli əhalinin qədim əkinçilik mədəniyyətinə mənsub becərilmə sistemidir. Bu becərmə üsulunun üstün və mənfi cəhətləri çoxdur. Belə ki, tənəklər yerə sərildiyindən, qumla təmasda olduğu üçün yetişmə zamanı torpaqdakı, yaxud qumdakı yüksək istilik məhsulun tam yetişməsini təmin edir və gilələr yüksək şəkərlilik toplayır. Bu becərmə sistemində tənəklərə yüksək qulluq işləri tələb olunmur.



Xəbərlər  Tarix:   18 Fev 2020 / 16:18


« Əvvəlki xəbər (1663 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45