Ağcabədidə istedadlı və yaradıcı gənclərin toplantısı keçirildi

18 fevral 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji istedadlı və yaradıcı gənclərin toplantısı keçirildi.
Toplantıda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov , Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, rayon Gənclər və İdman Idarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov və 64 nəfər gənc iştirak ediblər.Tədbirdə Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı demək olar ki, ölkəmizin bütün sahələrini əhatə edən, gənclərə istiqamət verən mühüm sənəddir. Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar.
Daha sonra mövzu ətrafında gənclərə təhlillər və müzakirələr aparılıb.



Xəbərlər  Tarix:   18 Fev 2020 / 15:55


« Əvvəlki xəbər (4019 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR