Cəlilabad, Biləsuvar, Sabirabad və Saatlı rayonlarında özəl toxumçuluq təsərrüfatlarında monitorinqlər keçirilib

Respublikada aqrar sahənin inkişaf etdirilməsində digər amillərlə yanaşı, kənd təsərrüfatı bitkilərinin toxumçuluq sisteminin düzgün işlək mexanizminin təşkili və məhsul istehsalçılarının vaxtında və keyfiyyətli toxum materialı ilə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad, Biləsuvar, Sabirabad və Saatlı rayonlarında özəl toxumçuluq təsərrüfatlarında monitorinqlər keçirilib. Məqsəd özəl toxumçuluq təsərrüfatlarında mövcud vəziyyətin, həmçinin toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş hüquqi və fiziki şəxslərin maddi-texniki bazasının və təsərrüfat fəaliyyətlərinin qiymətləndirməkdir.
Monitorinq zamanı əksər toxumçuluq təsərrüfatlarında növbəli əkin sisteminə riayət edilməsi, toxum anbarlarının, texnika və avadanlıqların vəziyyəti, toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə kifayət qədər bilik və təcrübəyə malik olması, toxumluq sahələrdə aparılan aqrotexniki tədbirlərin texnoloji xəritəsinin və digər tədbirlərin icra vəziyyəti yoxlanılıb.
Müzakirələrdə toxum istehsalçılarının qarşılaşdıqları çətinliklər Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssislərinin, toxumçuluq təsərrüfatlarının rəhbərlərinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə keçirilən iclaslarda ətraflı müzakirə edilib və onların aradan qaldırlması məqsədilə təklif və tövsiyələr verilib.
Özəl toxumçuluq təsərrüfatlarının fəaliyyətinin monitorinqi digər rayonlarda müntəzəm davam etdiriləcək.



Xəbərlər  Tarix:   19 Fev 2020 / 16:10


« Əvvəlki xəbər (1687 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR