Gəncədə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Goranboy rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzi və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı-Milli matəm günü" adlı tədbir keçirildi. Tədbirdə rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.
Daha sonra şəhər kitabxana filialının işçisi Kəmalə İsmayılova Xocalı faciəsi haqqında öz fikirlərini bölüşdü.
Çıxışlardan sonra isə məktəblilər "Xocalı: faktlar" adlı sənədli filmi izlədilər.
Tədbirin sonunda foyedə təşkil olunmuş Xocalı faciəsinin 28-ci ildönümünü əks etdirən sərgiyə baxış keçirildi.



Xəbərlər  Tarix:   19 Fev 2020 / 15:26


« Əvvəlki xəbər (4008 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR