Qırğızıstanın Xalq şairinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olunub

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstanın Xalq şairi, bu ölkənin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevi fəxri fərmanla təltif edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı fəxri fərmanı Xalq şairinə onun Ankarada- TÜRKSOY-un mərkəzi qərargahında keçirilən yubiley mərasimində təqdim edib.
Fəxri fərmanda görkəmli qırğız şairinin Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliğində səmərəli fəaliyyəti ilə əlaqədar təltif edildiyi bildirilir.



Xəbərlər  Tarix:   19 Fev 2020 / 15:32


« Əvvəlki xəbər (4005 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR