“III Riçard” yenindən səhnədə

Fevralın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin “III Riçard” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Səhnə əsərində əsas obrazları Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova və başqaları ifa edəcəklər.



Xəbərlər  Tarix:   19 Fev 2020 / 15:35


« Əvvəlki xəbər (4003 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR