Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Ağdaşda konsert proqramı ilə çıxış edib

19 fevral 2020-ci il tarixində Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin müəllim və şagird kollektivi Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində konsert proqramı ilə çıxış ediblər. Hər iki məktəbin kollektivlərinin iştirakı ilə baş tutan konsert tamaşaçıların zövqünü oxşayıb.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, muğamlar ifa olunub, məktəb şagirdlərinin ifasında müxtəlif rəqslər nümayiş etdirilib.
Tədbirdə onbirillik musiqi məktəbinin direktoru, Əməkdar İncəsənət Xadimi İkram Manafov, Ağdaş şəhər musiqi məktəbinin direktoru Rafiq İsgəndərov, Arif Məmmədov adına Göyçay rayon Uşaq Musiqi məktəbinin direktoru Rövşən Zamanov və Ağdaş rayon Ləki qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Pənahov çıxış edərək bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayaraq, konsertdə iştirak edən şagirdlərin gələcəkdə böyük musiqiçilər kimi yetişmələrini, ölkəmizi ölkə xaricində də təmsil edərək yeni uğurlar əldə etməyi arzulayıblar.



Xəbərlər  Tarix:   20 Fev 2020 / 12:54


« Əvvəlki xəbər (3991 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR