“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən 19 fevral 2020-ci il tarixində Yasamal rayon 176 nömrəli orta məktəbdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Doğma dilim, ana dilim”adlı tədbir keçirdi.
Tədbiri giriş sözü ilə kitabxanın metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova açaraq bildirdi ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə qayğısının parlaq nümunələrindən biridir.
176 saylı məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva çıxış edərək bildirdi ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Tədbirdə 176 saylı məktəbin biologiya müəllimi Musayeva Xuraman, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Qənirə Mustafayeva öz çıxışlarında ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışdılar.
Tədbir 176 nömrəli orta məktəbin şagirdləri Quliyev Sadiq, Qasımova Xədicə, Şabanova Aytac, Quliyeva Nəzrin və digərlərinin ifasında Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şerlərinin səslənməsi ilə davam etdi.
Tədbir kitabxanada “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxışla sona çatdı.



Xəbərlər  Tarix:   20 Fev 2020 / 12:55


« Əvvəlki xəbər (3990 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR