Tərtərdə Xocalı soyqrımının 28-ci il dönümü ilə əlaqədar olaraq “Şəhid Xocalım” adlı tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Tərtər rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqrımının 28-ci il dönümü ilə əlaqədar olaraq “Şəhid Xocalım” adlı tədbir keçirilib.
Tədbirdə M.Həsənov adına Köçərli tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, erməni cəlladları Xocalıda bir gecədə 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də bilinmir.
Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya təqdim olunub.
Sonda Xocalı faciəsini özündə əks etdirən video-çarx nümayiş olunub.



Xəbərlər  Tarix:   20 Fev 2020 / 13:56


« Əvvəlki xəbər (1659 / 4963) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR