Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görülüb

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Rusiyanın Moskva şəhərində keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.
Sərgi çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, “Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distributorluq müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.
Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri - “Karaca” və “Azərstar” “Ən yaxşı müəssisə” mükafatına, “Caspian coast” şirkəti isə 1 gümüş, 1 bürünc medala layiq görülüb.



Xəbərlər  Tarix:   20 Fev 2020 / 14:17


« Əvvəlki xəbər (1623 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45