Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 190 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 30-160 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və norma daxilində olmaqla normanın 80-100 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Fevralın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 135 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir.
Fevralın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 19 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 25 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 54,5 m3/s təşkil etməklə ongünlük normanın 71 faizini təşkil edir.
Fevralın 21-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 111 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 72 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 115 m3/s təşkil etməklə ongünlük normanın 75 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 348 sm təşkil edib. Bu rəqəm 2019-cu il fevralın 21-də isə 399 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 169 sm qeydə alınmışdır. 2019-cu il fevralın 21-də isə bu rəqəm 271 sm təşkil edib. Salyan məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 123 sm təşkil edib. Bu rəqəm 2019-cu il fevralın 21-də 228 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 55 sm təşkil edib. Bu rəqəm 2019-cu il fevralın 21-də 103 sm qeydə alınıb. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 150 sm qeydə alınıb, lakin bu rəqəm 2019-cu il fevralın 21-də isə 215 sm təşkil edib.



Xəbərlər  Tarix:   22 Fev 2020 / 22:19


« Əvvəlki xəbər (3982 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR