Şəhid olan hərbçimiz dəfn edildi

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasov dəfn edilib. Şəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.



Xəbərlər  Tarix:   24 Fev 2020 / 10:53


« Əvvəlki xəbər (3978 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR