“Ana vətənimin anası dilim” adlı tədbir keçirildi

“Ana vətənimin anası dilim” adlı tədbir keçirildi
29
24.02.2020
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Nizami rayonu E.Cəlilov adına 272 nömrəli məktəbin birgə təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana vətənimin anası dilim” adlı tədbir keçirildi.
Tədbirdə, kitabxananın əməkdaşları, pedaqoqlar, valideynlər, şagirdlər və digər qonaqlar iştirak etdilər.
Tədbirdə, məktəblilərin ifasında musiqili ədəbi-bədii kompozisiya təqdim olundu. Məktəblilər, ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər, mahnılar ifa etdilər. Milli geyimdə olan şagirdlər şifahi xalq ədəbiyyatı nümunələrindən olan bayatılar, atalar sözləri və laylalar söylədilər.
Məktəblilər Həsənoğlu, M.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Fizuli, M.P.Vaqif, M.F.Axundov, X.Natəvan, M.Ə.Sabir, C.Cabbarlı, M.Şəhriyar, S.Vurğun, H.Cavid, C.Məmmədquluzadə, B.Vahabzadə və X.R.Ulutürk kimi dahi şairlərin ana dili haqqında şeirlərini xüsusi həvəslə söylədilər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirdə “Ana vətənimin anası dilim” adlı kitab sərgisinə baxış keçirildi və slayd-şou iştirakçılar tərəfindən izlənildi.



Xəbərlər  Tarix:   24 Fev 2020 / 18:53


« Əvvəlki xəbər (3962 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR