Xocalı ruhlarının harayı” adlı anım tədbiri keçirilib

24 fevral 2020-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr edilmiş “Xocalı ruhlarının harayı” adlı anım tədbiri keçirilib.
Musiqişünas Nərgiz Kərimova Xocalı qurbanlarının həyata keçməyən arzularından, Milli qəhrəman Çingiz Mustafayevin fədakarlığından, anaların ağrısı, körpələrin çəkdikləri acıdan, bu dəhşətli gecədən sonra xalqımızın yaşadığı və çəkdiyi sarsıntıdan ürəkağrısı ilə danışıb. Tədbir boyu ekranda faciəni əks etdirən foto-slaydlar, filmlərdən kadrlar nümayiş olunub.
Qeyd edək ki, tədbirdə Xocalı şəhidlərinin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Nərimanov rayon YAP-nın sədri Təhmiraz Tağıyev, Xocalı şəhid ailələri birliyinin sədri Mehriban Əliyeva, Nərimanov rayonunda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri qonaq qismində iştirak ediblər. Qonaqlar çıxış edərək tədbir haqqında öz ürək sözlərini söyləyiblər.
Müəllim və şagirdlərin ifasında həzin musiqi nömrələri təqdim olunub. Tədbirdə həmçinin musiqisi Elmin Təhmaz, sözləri Rəna Mirzəyevaya məxsus olan “Xocalım” adlı videoçarx nümayiş olunub.
Məktəbin foyesində rəssamlıq şöbəsinin şagirdlərinin faciə qurbanlarının xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi təşkil edilib.



Xəbərlər  Tarix:   24 Fev 2020 / 20:01


« Əvvəlki xəbər (1614 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR