“Hüquq və Gənc Hüquqşünaslar” layihəsinin son günü uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi Miqrasiya könüllüsü Əli Mirzəyevin “Hüquq və Gənc Hüquqşünaslar” layihəsinin dördüncü günü Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Füzuli Cəbrayıllı “Miqrasiya hüququ” mövzusunda iştirakçılara təlim keçib. Layihə çərçivəsində 4 gün ərzində hüququn müxtəlif sahələri üzrə təlim keçən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərdə məqsəd gələcək karyerasını hüquq sahəsində qurmaq istəyən gənclər üçün ölkənin tanınmış təlimçilərinin iştirakı ilə bu sahə üzrə müxtəlif mövzuları əhatə edən təlim kursları təşkil etməklə onların bu sahədə müəyyən biliklərə yiyələnməsinə şərait yaratmaqdır. 13 fevral tarixində start götürən təlimlərdə 30 gənc iştirak edib.
Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.



Xəbərlər  Tarix:   24 Fev 2020 / 19:47


« Əvvəlki xəbər (3950 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR