Timur Əsgərov “Bayaderka” baletində Solorun partiyasını ifa edəcək

Timur Əsgərov “Bayaderka” baletində Solorun partiyasını ifa edəcək
33
25.02.2020
Martın 12-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Lüdvik Minkusun “Bayaderka” baleti nümayiş etdiriləcək.
Səhnə əsərində Solorun partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariinski Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariinski Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.



Xəbərlər  Tarix:   25 Fev 2020 / 11:20


« Əvvəlki xəbər (3942 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR