Xocalı faciəsini unutmayaq!

F.Köçərli adına Respublika Uşaq Kitabxanası İdrak liseyi ilə birgə Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsini unutmayaq!” adlı anım tədbiri keçirib.
Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova tədbirdə çıxış edərək bildirib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidməti olub. Onun təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası başlanılmışdır. Bu kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın və dünyanın digər ölkələrində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Qeyd edib ki, "Xocalıya ədalət!" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Tədbir zamanı uşaqlar həmin gecə baş verən hadisələri şeir, mahnı və hazırladıqları bədii kompozisiyalarla canlandırıblar.
Anım mərasimində əsrin faciəsininin reallıqlarını əks etdirən videoçarx və uşaqların Xocalıya həsr etdikləri rəsmlər izlənilib. Sonra şagirdlər mövzu ətrafında diskussiya aparıb.
Sonda tədbir uşaqların dili ilə “Biz Xocalını unutmuruq! Xocalıya ədalət istəyirik!” şüarı ilə yekunlaşıb.



Xəbərlər  Tarix:   25 Fev 2020 / 12:27


« Əvvəlki xəbər (1575 / 4931) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR