Gənc arxeoloq magistrantların elmi tədqiqat təcrübəsi başlanıb

2020-ci ilin fevral ayından etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix ixtisasının arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə magistr proqramına uyğun olaraq ikinci kurs magistrantların elmi tədqiqat təcrübəsi başlanıb.
Magistrantlar Günay Bayramova və Nərmin Məmmədli elmi müəssisənin Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi ilə arxeoloji kameral tədqiqatların mahiyyəti və proseduru ilə tanış olurlar.
S.Aşurov magistrantlara arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bərpası, onların qrafik təsvirlərinin yaradılması, qazıntı sahəsinin təşkili və miqyaslı planının tərtibi və s. kameral tədqiqat bilikləri barədə məlumat verib.
Gənc alimlərin elmi tədqiqat təcrübəsi bir ay davam edəcək. Sonrakı bir ay müddətində isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər



Xəbərlər  Tarix:   25 Fev 2020 / 13:30


« Əvvəlki xəbər (3926 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR