“France 2” telekanalında “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmi yayımlanıb

16 və 23 fevral tarixlərində Fransanın “France 2” telekanalının “İslam” verilişində “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmi yayımlanıb.
Sənədli filmin birinci hissəsində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından və xalqımızın dini inanclarından danışılıb. Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı qeyd olunub. Müxtəlif dinlərə etiqad edən insanların Azərbaycanda daim sülh və əmin-amanlıq şəraitində yaşamasından söz açılıb, tarixboyu ölkəmizdə yaşayan xalqlar arasında milli, dini ayrı-seçkilik zəminində ədavət və qarşıdurmanın olmadığı vurğulanıb.
Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında da məlumat verilib, onların nümayəndələrindən müsahibələr götürülüb. Həmçinin qədim dini və mədəni abidələr tamaşaçılara təqdim edilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri qiymətləndirilib. Filmdə ölkəmizdəki dövlət-din münasibətlərinə də toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, birgəyaşayış ənənələrinin daha da məhkəmləndirildiyi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırıldığı bildirilib. Mədəniyyətlər və dinlər arasında dialoq platforması olan ölkəmizdə keçirilmiş Dünya dini liderlərinin Bakı sammitindən danışılıb.
Filmin ikinci hissəsində Azərbaycanın dünyəvi və demokratik ölkə olduğu, müsəlman şərqində ilk respublika kimi tanındığı, etnik azlıqların əsrlər boyu azad və sülh şəraitində yaşadığı qeyd olunur.
Ekran əsərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və qəbul edilmiş mütərəqqi Konstitusiyada bütün vətəndaşların fərq qoyulmadan mülki və siyasi hüquqlarının tanındığı xüsusi vurğulanır, ölkədə məktəb və teatrların açıldığı, qızlar məktəbinin fəaliyyət göstərməsi və əldə edilmiş uğurlarda neft sənayesinin rolu qeyd olunur.
Ardınca 1969-cu ildə Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi, gördüyü böyük işlər, o cümlədən Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə və verdiyi qurbanlar, müstəqilliyin bərpa edilməsindən danışılır.
Xatırladaq ki, verilişin prodüseri Celul Bequranın (fr. Djelloul Beghoura) başçılıq etdiyi yaradıcı heyət 2019-cu ilin 10-29 noyabr tarixlərində Azərbaycanın tarixi, dini və mədəni zənginliyini Fransa auditoriyasına tanıtmaq məqsədilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində çəkiliş qrupu Bakı, Gəncə, Qəbələ, Quba rayonunun Qırmızı Qəsəbə, İsmayıllı rayonunun İvanovka kəndinə səfər etmiş və çəkilişlər aparmışdır.
Filmdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, eləcə də tarix, etnoqrafiya, din və s. sahələrin mütəxəssisləri, həmçinin ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin fikirlərinə də yer verilib.
Qeyd edək ki, “France 2” televiziya kanalı ilə yayımlanan “İslam” verilişinin yaradılması 1983-cü ildə “İslamı yaşamaq” (Vivre l'İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftənin bazar günü yayımlanan populyar veriliş İslam tarixini, dəyərlərini və sivilizasiyasını təbliğ edir.
Filmi izləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:



Xəbərlər  Tarix:   27 Fev 2020 / 13:22


« Əvvəlki xəbər (1549 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45