Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 180 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 40-130 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla normanın 30-90 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Fevralın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 119 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 61 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 163 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir.
Fevralın 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 19 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 25 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 40 m3/s təşkil etməklə ongünlük normanın 52 faizini təşkil edir.
Fevralın 28-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 71 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 115 m3/s təşkil etməklə ongünlük normanın 75 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 326 sm təşkil edib. Bu rəqəm 2019-cu il fevralın 28-də isə 365 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 141 sm qeydə alınıb. 2019-cu il fevralın 28-də isə bu rəqəm 231 sm təşkil edib. Salyan məntəqəsində suyun səviyyəsi 21 sm azalaraq 59 sm təşkil edib. Bu rəqəm 2019-cu il fevralın 28-də 185 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 sm azalaraq 25 sm təşkil edib. Bu rəqəm 2019-cu il fevralın 28-də 70 sm qeydə alınıb. Bankə məntəqəsində isə suyun səviyyəsi 10 sm azalaraq 137 sm qeydə alınıb, lakin bu rəqəm 2019-cu il fevralın 28-də isə 190 sm təşkil edib.



Xəbərlər  Tarix:   28 Fev 2020 / 16:44


« Əvvəlki xəbər (3893 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR