İstirahət günlərində gözlənilən hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 1-də gündüz yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Güclü şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.



Xəbərlər  Tarix:   28 Fev 2020 / 16:49


« Əvvəlki xəbər (3892 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR