29 fevral 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 450 m² olan üçmərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağdaş rayonunun Ağzıbir kəndində ferma ərazisində 14 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunun Parça Xələc kəndində ümumi sahəsi 110 m² olan köməkçi tikilinin tavanı 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 16:15


« Əvvəlki xəbər (3873 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR