Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə

Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və dost Bolqarıstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq əlaqələrimiz birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2020-ci il.



Xəbərlər  Tarix:   3 Mart 2020 / 13:23


« Əvvəlki xəbər (3856 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR