Mədəniyyət naziri Birgə Komissiyanın həmsədri təyin edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
Sərəncama əsasən, Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri dəyişib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.
Komissiyanın üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:
Xarici İşlər nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Energetika nazirinin müavini
Səhiyyə nazirinin müavini
Dövlət Turizm Agentliyinin sədri
Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfir.



Xəbərlər  Tarix:   3 Mart 2020 / 15:22


« Əvvəlki xəbər (1485 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45