5 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 5-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında
Martın 5-də hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 5-də Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.



Xəbərlər  Tarix:   4 Mart 2020 / 17:31


« Əvvəlki xəbər (3837 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR