Uşaqlar “Könüllülər ili”nə həsr edilmiş fotostendlə tanış olublar

Uşaqlar “Könüllülər ili”nə həsr edilmiş fotostendlə tanış olublar
80
04.03.2020
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli kitabxana filialında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar tədbir təşkil olunub.
Əvvəlcə uşaqlara “Könüllülər ili” haqqında məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev ölkəmizdə bu ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.
Daha sonra uşaqlar kitabxanada hazırlanan “Könüllülər ili”nə həsr edilmiş fotostendlə tanış olublar.



Xəbərlər  Tarix:   4 Mart 2020 / 18:13


« Əvvəlki xəbər (3827 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR