Dərman preparatlarını gizlədərək keçirməyə cəhd etdi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz C 180" markalı avtomobil saxlanılıb.
Daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatları, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qablar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   5 Mart 2020 / 20:31


« Əvvəlki xəbər (1433 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45