Zaqatala rayonunda növbəti səyyar xidmət təşkil edilib
Şəki Regional Miqrasiya İdarəsinin xidməti ərazisinə daxil olan Zaqatala rayonunda keçirilən səyyar xidmətin imkanlarından 15 nəfər yararlanıb. Onlardan 8-inə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 2 nəfərdən isə bununla bağlı sənəd qəbul olunub. Daha 5 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Xəbərlər Tarix: 5 Mart 2020 / 19:48
« Əvvəlki xəbər (3792 / 7293) Növbəti xəbər »
« Əvvəlki xəbər (3792 / 7293) Növbəti xəbər »