QAN YADDAŞIMIZ

Hər il olduğu kimi bu ildə yanvarın 20-də Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Xiyabana gəlib paytaxt sakinləri əmək kollektivləri Şəhid məzarları üzərinə tər Güllər düzüb 20 yanvar faciəsində həlak olan Qəhrəman Vətən övladlarının əziz xatirəsini böyük ehtiramla yad etdilər. Bizdə Uğur Media Xəbər ve İnformasiya agentliyinin Təsisçi baş redaktoru Tərlan Abbasovun rəhbərlik etdiyi Media kollektivi olaraq Xalqımızın bu acınacaqlı günündə yanında olub dərdlərinə şərik çıxaraq Şəhidlər xiyabanına yollandıq. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edib məzarları üzərinə tər qərənfillər düzdük! Kollektivimiz Şəhidlər xiyabanını ziyarət edərkən matəm əsaslı şəkillər çəkildi və xüsusi operatorumuz tərəfindən video lentə alındı. Xalqımızın xoş günündə yanında olmağı bacaran Uğur Media Xəbər və İnforimasiya Agentliyimiz bu , qan yaddaşımızdan silinməyən , Matəm günümüzdədə xalqımızın yanında olmağı özümüzə bir vətandaşlıq borcu bildik. Allahdan Şəhidlərimizə Rəhmət Xalqımıza Səbir diləyərək VƏTƏN başin sağ olsun deyirik!
Yazar: Mətanət Akif qızı



Öz xəbərlərimiz  Tarix:   20 Yan 2019 / 18:46


« Əvvəlki xəbər (6959 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR