Azərbaycan teleməkanının tanınmış simaları Beşinci Buktreyler Festivalına dəstək oldular

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən Buktreyler Festivalına Azərbaycanın efir məkanının tanınmış simaları dəstək oldular.
Azərbaycan efir məkanının tanınmış simaları – Eldar Qasımov (Eurovision 2011 qalibi, teleaparıcı), Vüsalə Məmmədova (jurnalist və teleaparıcı), İlahə Şıxlinskaya (tele-radio aparıcı), Afaq Gəncəli (teleaparıcı), Azər Aydəmir (aktyor və teleaparıcı), Turanə Hüseynli (teleaparıcı və influencer), Jalə Həsənli (teleaparıcı), Azər Süleymanlı (teleaparıcı), Səma Abıyeva (teleaparıcı, jurnalist və Youtube bloqqer), Şəfa Əfəndiyeva (teleaparıcı), Vüsalə Səid (teleapaırıcı) V Buktreyler Festivalının promo çarxında çəkilərək hər kəsi V Buktreyler Festivalında iştirak etməyə səslədilər: Ссылка
Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.
Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel 2020-ci il.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:



Xəbərlər  Tarix:   7 Mart 2020 / 17:42


« Əvvəlki xəbər (3778 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR