Özünüməşğulluq proqramı çərçivəsində kiçik müəssisələrini yaradan qadınlarla elə iş sahələrində görüş keçirildi

Özünüməşğulluq proqramı çərçivəsində öz kiçik müəssisələrini yaradan Ruhiyyə Mollayeva, Səkinə Allahverdiyeva və Səadət Əzizova ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətin rəisi Fuad Musayev qadınların məşğulluğunun və əmək bazarında iştirak imkanlarının artırılması üçün işlərin ildən-ilə gücləndirildiyini deyib. O, ötən il Xidmətin xətti ilə 103 mindən çox şəxsin, o cümlədən 35,1 min qadının işlə təmin edildiyini bildirib.
F.Musayev qeyd edib ki, özünüməşğulluq proqramı iştirakçılarının mühüm bir hissəsi qadınlardır. 2019-cu ildə də proqrama cəlb edilən 10 352 nəfərdən 2631-i qadınlar olub. Bu il də proqramın əhatə etdiyi şəxslərin, o cümlədən proqrama cəlb olunan qadınların sayı daha da artacaq.
F.Musayev eyni zamanda, ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 2 minədək, bu ilin iki ayı ərzində isə 335 qadının peşə hazırlığı kurslarına cəlb edildiyini deyib. Bildirib ki, peşə hazırlığının təşkilində işəgötürənlərlə də əməkdaşlıq çərçivəsində “Odlar yurdu” şığorta şirkətinin sifarişi əsasında bu günlərdə əlilliyi olan 30 qadın “Sığorta agenti” ixtisası üzrə peşə kurslarına cəlb edilib. Kursları bitirdikdən sonra onlar sığorta şirkətində işlə təmin olunacaqlar.
Görüşdə özünüməşğulluq proqramı iştirakçıları R.Mollayeva, S.Allahverdiyeva və S.Əzizova öz biznes sahələrini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən böyük dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində xanımlara məxsus istehsal və xidmət sahələrinə baxış da olub.



Xəbərlər  Tarix:   7 Mart 2020 / 18:48


« Əvvəlki xəbər (1415 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45