Beynelxalq Qadinlar Gunu

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar günü olaraq qeyd edilir.1977- ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu gün qadınlarımızın daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bunları nəzərə alaraq demək olar ki, 8 mart ,sadəcəcə , qadınlar günü yox ,qadın - inqilabçılar günüdür .
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, məhz qadınların müəyyən hüquqlara malik olması, savadlanması o dövrə təsadüf edir.
1998 - ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb . Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur , BMT- nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür . Azərbaycan müstəqillik əldə etdikdən sonra 8 Mart -Beynəlxalq Qadınlar Günü ölkədə qeyri - iş günüdür .
Bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər .
Qadınlar xarakter baxımından bir- birinə bənzəməz . Onları birləşdirən yeganə bir ad var -ana adı!
Ümumilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu bayram, doğurdan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur.İnsan cəmiyyətində qadının rolu,əhəmiyyəti məlumdur.Qısaca onu demək olar ki, qadınsız insan yoxdur,qadınsız həyat yoxdur.Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı,ona gorə ən yüksək qiymətə layiqdirlər ki ,onlar anadırlar"
8 mart qadın və gözəllik bayramıdır .Cəmiyyəti qadınsız təsəvvür edə bilmərik .Qadin yer üzünün cənnətidir.Qadın həyatdır , gözəllikdir.Qadın həyat verəndir.Qadinlar 1 gün deyil hər gün dəyərli olduqlarını hiss etməlidir.Yalnız bayramda deyil səbəbsiz yerə hər gün üzlərində gülüş olmalıdır . Qadın xoşbəxt olunca üzü işıq saçır ,bütün dünyanı səadətə bələyir.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edib,su qədər təmiz həyat yaşamaqlarını arzu edirik.



Xəbərlər  Tarix:   8 Mart 2020 / 19:30


« Əvvəlki xəbər (3772 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR